Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Belqorod vilayətində hərbi obyektlərə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Novaya Tavoljanka ərazisində Rusiya hərbi qüvvələrinin idarəetmə məntəqəsinə, Voznesenivkada isə maddi-texniki ehtiyatlar anbarına zərbələr endirilib.
















