• Bakı 23° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb

DÜNYA

03 Oktyabr 2026 | 09:45 | Müəllif: Gülşən Şərif

"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçilərinin buraxdığı ballistik raket 700 km-dən çox məsafə qət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Buraxılışla əlaqədar Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili müşavirə keçirib və silahlı qüvvələrin cavab tədbirlərinə hazırlığı yoxlanılıb. Rəsmilər həmçinin buraxılışın təhlükəsizliyə təsirini qiymətləndiriblər.

"Ballistik raketlərin buraxılması nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, həm də mövcud vəziyyətin yaxşılaşmasına kömək etmir. Belə hərəkətləri dayandırmağa təkidlə çağırırıq", - Prezident Administrasiyasından bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026