• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

DÜNYA

03 Oktyabr 2026 | 11:20 | Müəllif: Gülşən Şərif

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni, daha ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Məlumata görə, söhbət düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulan uzunmənzilli qanadlı raketlərdən gedir. Bu raketlərin düşmənin raketdən müdafiə sistemlərini sıradan çıxarmaq və hədəfləri vurmaq imkanlarını artırmaq üçün istifadəsi nəzərdə tutulur.

Yeni raketlərin istehsalında mülki təyinatlı, daha ucuz komponentlərdən istifadə edilməsi planlaşdırılır.

Qəzetin məlumatına görə, raketlərin kütləvi istehsalına 2030-cu ildə başlanacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026