• Bakı 22° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

İstanbulda baş verən yanğında 42 nəfər zəhərlənib

DÜNYA

03 Sentyabr 2026 | 00:22

İstanbulda baş verən yanğında 42 nəfər zəhərlənib

Türkiyənin İstanbul şəhərində yanğın baş verib, 42 nəfər tüstüdən zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

İstanbulun Esenyurt rayonunda bir yaşayış kompleksinin dayanacağında baş verən yanğın 28 mərtəbəli binaya keçib, 42 nəfər tüstüdən zəhərlənib.

"Yanğın saat 19.15 radələrində Yeşilkent məhəlləsində baş verib. İddiaya görə, bir yaşayış kompleksinin dayanacağındakı avtomobil hələlik məlum olmayan səbəbdən alışıb, yanğın qısa müddətdə 28 mərtəbəli binaya keçib", - məlumatda bildirilib və əlavə edilib ki, Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qrupları əraziyə cəlb olunub.

Bundan sonra yanğın söndürülüb:

"Tüstüdən təsirlənən şəxslərin bəzilərinə ayaqüstü tibbi yardım göstərilib, bəziləri isə hadisə yerindəki ilk müdaxilədən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Qrupların işlərini tamamlamasının ardınca binada yaşayan şəxslər evlərinə qayıdıblar. Yanğının baş vermə səbəbi ilə bağlı araşdırmaya başlanılıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026