Sentyabrın 3-də Rusiyanın hücumu nəticəsində Kiyev vilayətinin Borispol rayonunda ölkənin ən böyük ixtisaslaşmış əczaçılıq anbarlarından biri “Biokon” logistika kompleksinə ziyan dəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, itkilər milyardlarla qrivnaya çata bilər.
Qeyd edək ki, “Biokon” şirkəti əczaçılıq logistikası və anbar xidmətləri sahəsində ixtisaslaşıb.




