• Bakı 17° C

    2.31 m/s

Goranboyda qəza: xəsarət alanlar var

HADİSƏ

02 Sentyabr 2026 | 22:47 | Müəllif: Subhan Mahmudov

Goranboyda qəza: xəsarət alanlar var

Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb.

Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.

Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026