• Bakı 17° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

HADİSƏ

02 Oktyabr 2026 | 14:10 | Müəllif: Əli Hüseynov

“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb.

Nərimanov rayonu Nəsib bəy Yusifbəyli küçəsində saxlanılan şəxsin üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Məlum olub ki, o, “Melissa Park” yaşayış kompleksində nəzarətçi vəzifəsində çalışır.

Onun barəsində açılmış cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Maqsud İbrahimova 3 il həbs cəzası verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026