• Bakı 20° C

    3.36 m/s

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

HADİSƏ

02 Oktyabr 2026 | 14:49 | Müəllif: Əli Hüseynov

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib.

2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib.

Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib.

Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026