Naxçıvanda avtomobilin vurduğu piyada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, "Hyundai" markalı avtomobilin vurduğu 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlu xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***21:14
Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil yolu qarşı tərəfə keçən 1957-ci il təvəllüdlü Nağıyev Nağı Mahmud oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
















