• Bakı 27° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

SİYASƏT

03 Sentyabr 2026 | 11:17

Prezident San Marinonun Regent Kapitanlarını təbrik edib

Prezident İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları xanım Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, San Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026