• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ölkə başçısı İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib

SİYASƏT

03 Oktyabr 2026 | 11:12 | Müəllif: Gülşən Şərif

Ölkə başçısı İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026