Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, Kansler Ofisinin yaydığı məlumatda telefon danışığı zamanı Fridrix Mertsin Leypsiq hava limanına edilən hibrid hücumun mənbəyinin müəyyənləşdirilməsi barədə Prezident Volodimir Zelenskini məlumatlandırdığı bildirilib. Kansler vurğulayıb ki, Ukrayna Almaniyanın həm mülki, həm də hərbi dəstəyinin davamlılığına etibar edə bilər.
Ukrayna Prezidenti isə Almaniyanın göstərdiyi yardıma, o cümlədən hava hücumundan müdafiə sahəsindəki dəstəyinə görə təşəkkürünü bildirib.




