• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

"Lavrov yanılır, Paşinyanın GERİYƏ YOLU YOXDUR!" 

SİYASƏT

03 Sentyabr 2026 | 13:00

"Lavrov yanılır, Paşinyanın GERİYƏ YOLU YOXDUR!"

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun “Ermənistanın tezliklə Avropa İttifaqına üzv olmaq xəyallarından əl çəkəcəyi” barədə açıqlaması İrəvanın xarici siyasət kursu və Moskvanın gözlənilən reaksiyası ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Azad Məsiyev bildirib ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi təsadüfi olmayıb və o, ABŞ başda olmaqla Qərbin xüsusi dəstəyi ilə idarəçiliyə gətirilib.

Azad Məsiyev: Ermənistanın NATO-nun üzvü olması birbaşa Cənubi Qafqazda qüvvələr balansını pozur

Politoloqun sözlərinə görə, Paşinyanın qarşısında duran əsas öhdəlik Rusiyanın regiondakı nüfuzunu zəiflətmək, Moskva mərkəzli platformalardan uzaqlaşmaq və Ermənistanı Avropa İttifaqı ilə NATO çətiri altına inteqrasiya etməkdir.

A.Məsiyev vurğulayıb ki, Paşinyan hökumətinin geriyə yolu yoxdur və o, Moskva ilə olan körpüləri artıq yandırıb. Ermənistanın eyni zamanda həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), həm də Avropa İttifaqı və NATO strukturlarında yer alması mümkün deyil. Bu səbəbdən İrəvan mərhələli şəkildə KTMT-ni boykot edir və Aİ-yə inteqrasiya xəttini davam etdirir:

"Ermənistanın Qərbin təlimatlarından kənara çıxması Paşinyan üçün hakimiyyətin itirilməsi deməkdir. Rusiya rəsmilərinin “Biz öz işimizi bilək” mesajının arxasında demonstratesiya olunan sərt mövqe isə İrəvanda proseslərin geri dönməz fazaya keçdiyini və regionda yeni gərginlik ocaqlarının yarana biləcəyini göstərir".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026