Qırğızıstan Prezidenti Sadır Japarov keçmiş baş prokuror Maksat Asanaliyevi Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) sədri təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sadır Japarov Maksat Asanaliyevin DMTK sədri təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Bundan bir gün əvvəl Qırğızıstan parlamenti Asanaliyevin DMTK sədri vəzifəsinə təyin olunmasına razılıq verib.
Qeyd edək ki, Maksat Asanaliyev bundan əvvəl Qırğızıstanın baş prokuroru vəzifəsini tutub. O, iyunun 30-dan DMTK sədrinin səlahiyyətlərini müvəqqəti icra edirdi.
Parlament sentyabrın 2-də Asanaliyevin DMTK sədri təyin edilməsinə razılıq verib. Qərar yekdilliklə dəstəklənib.
Günəş Mərd




