• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Tramp: CAATSA ilə bağlı problem yoxdur

DÜNYA

03 Oktyabr 2026 | 00:44 | Müəllif: Subhan Mahmudov

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olaraq bildirib.

"CAATSA ilə bağlı problem yoxdur. Türkiyəni sevirəm. Prezident Ərdoğan (Türkiyə Prezidenti, Rəcəb Tayyib - red.)dostumdur. Hər zaman Ərdoğanı sevindirəcək şeyi edərəm", - Tramp deyib.

Qeyd edək ki, Tramp iyulun 7-də Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə sözügedən sanksiyalarının ləğv ediləcəyini açıqlayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026