• Bakı 27° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

655 karat brilyantı Bakıya gətirmək istədilər

CƏMİYYƏT

03 Sentyabr 2026 | 11:29

655 karat brilyantı Bakıya gətirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Şarja-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının iki vətəndaşı gömrük yoxlamasına cəlb edilib.

Gömrük baxışı zamanı həmin şəxslərin üzərində gömrük nəzarətindən gizlədilən və içərisində brilyant qaşlar olan bağlamalar aşkar edilib.

Ekspertizanın rəyinə əsasən, həmin brilyant qaşların ümumilikdə çəkisi 654.90 karatdır.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026