Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin ötən həftə Moskvaya səfəri ABŞ və Rusiya kəşfiyyat xidmətləri arasında rabitə kanallarının saxlanılması ilə bağlı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News Radio"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Retkliffin səfəri əsasən rutin xarakter daşıyıb və iki ölkənin kəşfiyyat idarələri arasında birbaşa kommunikasiya kanallarının yaradılmasına və daha da inkişaf etdirilməsinə yönəlib.
"Belə kanallar böhran və ya münaqişə zamanı faydalı ola bilər", - Rubio bildirib.
Qeyd edək ki, Con Retkliff avqustun 25-də Rusiya rəsmiləri ilə görüşlər üçün Moskvaya səfər edib. Bu, onun MKİ direktoru təyin edildikdən sonra Rusiyaya ilk məlum səfəri olub.




