• Bakı 23° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Qapını üzümüzə bağladılar” - VİDEO

DÜNYA

03 Sentyabr 2026 | 14:13

Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Qapını üzümüzə bağladılar” - VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisədən sağ çıxan gənc sərnişin gəmidə yaşanan dəhşətli anlardan danışıb.

Onun sözlərinə görə, gəmi güclü dalğalar səbəbindən hərəkət edərkən son dərəcə təhlükəli vəziyyət yaranıb:

"Gəmi dalğaların üzərindən atlanaraq gedirdi, sanki suda getmirdi, uçurdu. Daha sonra oturacaqlar partladı, içəriyə su fışqırdı. Biz qışqırdıq ki, təcili xidmətə zəng edin. Hələ yeni hərəkətə başlamışdıq.

Bir nəfər gəlib dedi ki, problem yoxdur, hər şey normaldır. Daha sonra üzərimizə qapını bağladılar. Dedilər ki, gözləyin, sizi çıxaracağıq. Xilasedici jileti tapa bilmədik və qapını üzümüzə bağladılar".

Sərnişinin sözləri gəmidəki vəziyyətin nə qədər ağır olduğunu ortaya qoyub.

Bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb. Son məlumatlara görə, qəza nəticəsində 240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisə ilə bağlı daha ətraflı videomaterialda:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026