• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Hava dəyişir: Bu ərazilərdə yağış və duman...

CƏMİYYƏT

03 Sentyabr 2026 | 12:43

Hava dəyişir: Bu ərazilərdə yağış və duman...

Azərbaycanda sentyabrın 4-ü üçün hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağıntı gözlənilmir. Cənub-şərq küləyi əsəcək.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 20-23°, gündüz 26-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 45-50 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq.

Bölgələrdə küləyin mülayim şərq istiqamətli olacağı bildirilir.

Havanın temperaturu gecə 16-21°, gündüz 28-33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10-15°, gündüz 19-24° isti proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026