Hazırda Ukraynaya "Patriot" sistemləri üçün raketlərin istehsalı lisenziyalarının verilməsi müzakirə olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox Radio"ya müsahibəsində bildirib.
Rubio əlavə edib ki, bu məsələ üzrə danışıqlar davam edir, lakin mümkün razılaşma Ukraynanın qeyd etdiyi problemi qısamüddətli perspektivdə həll etməyəcək.
"Ukraynaya Patriot lisenziyalarının verilməsi hazırda müzakirə olunur, lakin bu, ani bir həll yolu deyil. Hətta lisenziya olduğu halda belə istehsalın artırılması bir neçə il vaxt alır- müvafiq zavodlar tikilməlidir. Söhbət yüksək texnologiyalı silahlardan gedir", - o deyib.




