• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bruney sultanı Rusiyaya səfər edəcək

DÜNYA

02 Oktyabr 2026 | 15:10 | Müəllif: Gülşən Şərif

Bruney sultanı Rusiyaya səfər edəcək

Bruney sultanı Hassanal Bolkiah gələn ay Rusiyaya səfər edəcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Moskvadakı səfir Husaini Alauddin açıqlama verib.

Onun sözlərinə görə, son 35 ildə iki ölkə arasında əməkdaşlıq müdafiə, enerji, parlamentlərarası əməkdaşlıq, idman və din də daxil olmaqla müxtəlif sahələrdə genişlənib:

"Biz inanırıq ki, bu əlaqələri dərinləşdirməyə davam etməliyik. Daha məzmunlu şəkildə qarşılıqlı əlaqə qurmaq üçün ikitərəfli əməkdaşlıq mexanizmlərini gücləndirməyə ümid edirik".

Diplomat həmçinin Rusiya və Bruney vətəndaşlarının bir-birinin ölkələrinə vizasız səfər edə biləcəklərini vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026