• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Tusk Ağ Evdə arzuolunmaz şəxs elan edildi

DÜNYA

02 Oktyabr 2026 | 15:54 | Müəllif: Gülşən Şərif

Tusk Ağ Evdə arzuolunmaz şəxs elan edildi

Polşanın Baş naziri Donald Tusk Ağ Evdə arzuolunmaz şəxsdir. 

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin Polşalı üzvü Adam Bielan deyib.

"ABŞ prezidentini heç bir dəlil təqdim etmədən 30 ildən çoxdur ki, xarici kəşfiyyat xidmətində işləməkdə yalan ittiham edən bir baş nazirimiz var. Dəfələrlə dediyim kimi, o, hazırda Ağ Evdə persona non qratadır. Bu o deməkdir ki, onun Ağ Evə çıxışı və ABŞ prezidenti ilə əlaqəsi yoxdur", - deyə Bielan vurğulayıb.

Qeyd edək ki, aprel ayında Tusk mövcud qlobal vəziyyətin Rusiya Prezidenti Vladimir Putinin xəyal planının gerçəkləşməsi kimi göründüyünü bildirmişdi. O, NATO-nun dağılması təhlükəsini, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Avropadakı böyük enerji böhranını günahlandırdı. Bu açıqlamalardan sonra Macarıstanın keçmiş Baş naziri Viktor Orban Tuska Putin haqqında deyil, öz ölkəsi haqqında düşünməyi məsləhət görmüşdü.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR