İrəvan 102-ci Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin onun çıxarılması məsələsini qaldırmayıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
"102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etdiyimizi söyləmək olmaz. Əgər Rusiya hərbi bazasını (Gümrü - red.) Ermənistan Respublikasından çıxarmaq qərarına gələrsə, etiraz etməyəcəyik. Lakin qalmaq istəsələr, bunu da müzakirə etməyə hazırıq", - o deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan bütün bu müddət ərzində 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt qaldırmayıb.




