• Bakı 21° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Rişarlison Türkiyə klubuna keçsə, üçqat maaş alacaq

İDMAN

03 Sentyabr 2026 | 01:00

Rişarlison Türkiyə klubuna keçsə, üçqat maaş alacaq

"Tottenhem"in hücumçusu Rişarlison "Trabzonspor"a keçid üçün Türkiyə klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

29 yaşlı braziliyalı futbolçu "Trabzonspor"da "Tottenhem"də qazandığından 3 dəfə çox maaş alacaq. Lakin transferin baş tutması üçün klublar arasında keçid məbləği ilə bağlı razılıq əldə olunmalıdır.

"Trabzonspor" daha əvvəl Rişarlison üçün 15 və 20 milyon funt sterlinq olmaqla iki təklif göndərib. "Tottenhem" hər iki təklifi rədd edib.

Qeyd edək ki, Rişarlison ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" braziliyalı hücumçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026