• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Bu məktəblərə qəbulun NƏTİCƏLƏRİ

CƏMİYYƏT

02 Sentyabr 2026 | 16:05

Bu məktəblərə qəbulun NƏTİCƏLƏRİ

2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.

Bu barədə Bakıvaxtı.az-a ARTİ-dən məlumat verilib.

    Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə elektron hökumət portalı – sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər. Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.

    Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək.

    Qeyd olunub ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış ola bilərsiniz:


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR