• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB

CƏMİYYƏT

02 Oktyabr 2026 | 15:43 | Müəllif: Zeynəb Rzayeva

Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB

Bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Bakıvaxtı.az-a cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

    ***

    12:38

    Oktyabrın 2-də saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

    Bildirirlib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

    ***

    12:12

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. 

    Bakıvaxtı.az xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

    Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub. 

    Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

    ***

    11:24

    Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

    Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.

    Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.

    TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026