• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Amerikalı jurnalist 2 illik həbs olundu - Casusluğa görə

DÜNYA

02 Sentyabr 2026 | 14:57

Amerikalı jurnalist 2 illik həbs olundu - Casusluğa görə

Amerikalı jurnalist Tomas Veyr Pauken Çin kəşfiyyat xidmətlərinə işləmək ittihamı ilə ABŞ-də iki il müddətinə azadlıqdan məhrum edilib. 

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi bəyanat yayıb.

Departamentin açıqlamasında qeyd olunub ki, Çində yaşayan 51 yaşlı ABŞ vətəndaşı Tomas Veyr Pauken Amerika vətəndaşlığından Çin Dövlət Təhlükəsizlik Nazirliyinin əməliyyatlarını dəstəkləmək və potensial agentlərdən məxfi məlumatları cəlb etmək və toplamaq üçün istifadə edib.

Bildirilib ki, Tomas Makqreqor təxəllüsü ilə müxtəlif Çin media orqanlarında məqalələr dərc edib və televiziyada ekspert kimi çıxış edib. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR