• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Azərbaycan Ermənistandan hansı məhsulları alacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT

02 Sentyabr 2026 | 15:35

Azərbaycan Ermənistandan hansı məhsulları alacaq? - AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyev bildirib ki, yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq.

O, açıqlamasında "Yaxın günlərdə öyrənəcəksiniz ki, Azərbaycan şirkətləri Ermənistan şirkətlərindən mal və məhsullar alıblar. Ermənistan Azərbaycana məhsul satacaq. Bu isə artıq ikitərəfli ticarət olacaq" sözlərini işlədib.

Maraqlıdır, Azərbaycan Ermənistandan hansı məhsulları ala bilər? Bu əməkdaşlıq tərəflərə nə qazandıracaq?

Mövzu ilə bağlı iqtisadçı Natiq CəfərliBakıvaxtı.az-a danışıb.

O, bildirib ki, ölkəmiz Ermənistandan bir siyahı alıb. Bu siyahıda şirin sulu suda yetişdirilən müxtəlif balıq növləri, kənd təsərrüfatı məhsulları, dəmir, filiz və dağ-mədən sənayesi məhsullar var:

"Ermənistanla münasibətlərin normallaşması və ticarət əlaqələrinin qurulması sülh quruculuğunun tərkib hissəsidir. Yəni, qarşılıqlı ticarət əlaqələri nə qədər çox olsa, sülh prosesi də bir o qədər sürətlə gedər və bu, Azərbaycanın istəklərinə uyğundur.

Ermənistanın əsasən ixracyönümlü məhsullarını Azərbaycana da satmaq istəyir".

N.Cəfərli onu da qeyd edib ki, Azərbaycan Ermənistana bu ilin 7 ayında 15,9 milyon dollarlıq məhsul satıb. Bura əsasən enerji daşıyıcıları daxildir.

"Ermənistandan isə 7 ay ərzində cəmi 900 dollarlıq üçüncü ölkə vasitəsilə ölkəmizə Ermənistan malları daxil olub. Yəni bu, heç nədir. Heç 1000 dollar belə deyil. Ona görə də Ermənistan Azərbaycana məhsullar satmaqda maraqlıdır. Sadəcə müqavilələrin bağlanmasına, banklararası köçürmələrin həyata keçməsinə, sığorta məsələlərinə də fikir verilməlidir. Çünki biznes özünü rahat hiss eləməlidir ki, pulları vaxtı-vaxtında köçürüb ala biləcək, bir problem olanda isə sığorta işləri də həyata keçiriləcək. Hələlik qeyd olunan məsələ ilə bağlı görüləcək işlər var", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR