• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

“Heç kəsdə şübhə yoxdur ki...” – BMT ilə bağlı ÇAĞIRIŞ

SİYASƏT

02 Sentyabr 2026 | 16:00

“Heç kəsdə şübhə yoxdur ki...” – BMT ilə bağlı ÇAĞIRIŞ

Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxışı zamanı BMT-nin 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası barədə danışıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra - üç il əvvəl icra olunduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb:   

“Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatının birinci günündə keçirilən sammitlə ikinci gün keçirilən “ŞƏT plyus” tədbirinin mövzularında bir qədər fərqliliklər var idi.  

Ekspert vurğulayıb ki, birinci tədbirdə çoxqütblü dünyadan danışılırdısa, ikinci tədbirdə daha BMT-nin öz qarşısına qoyduğu məqsədlərin nədən ibarət olmasının daha işlək mexanizmləri ilə bağlı idi: 

   

“Prezident İlham Əliyev də öz çıxışında məhz BMT-dəki islahatların zərurətindən danışdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan işğaldan əziyyət çəkmiş bir ölkə olaraq əyani şəkildə BMT-nin təsirsiz mexanizmlərə malik olduğunu görüb. Nəticə etibarı ilə Azərbaycan özü məcbur oldu ki, torpaqlarını işğaldan azad etsin, suverenliyini bərpa etsin. Bütün bunlara baxmayaraq, beynəlxalq dünya nizamının pozulması, qeyri-sabitlik bir daha onu deməyə əsas verir ki, BMT ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Bu reallığı BMT üzvlərinin özləri də etiraf edirlər. Heç kəsdə şübhə yoxdur ki, bu dəyişiklik mütləq reallaşdırılmalıdır. Sadəcə olaraq, məsələ ondadır ki, BMT-nin özünün dəyişilməsi üçün, hansı mexanizmlərə ehtiyac var. Düzdür, kifayət qədər çətin məsələdir. Ortaq məxrəcə gəlmək üçün konsensus tələb olunur. Görünən odur ki, təşkilatdakı kriz yaxın vaxtlarda hələ davam edəcək”. 

Z.Məmmədov əlavə edib ki, ŞƏT-in bir təşkilat kimi bugünkü mövcudluğuna gəldikdə, etiraf edilməlidir ki, bu platformanın təsisçiliyində iştirak edən coğrafiyalar qeyri-Qərb sivilizasiyasının üzvləridir:          

“Burada qlobal-cənub təmsil olunur. Çinə qədər çox böyük coğrafiyanı əhatə edən dövlətlər birliyidir. Bu dövlətlər siyasi cəhətdən eyni düşüncəyə malikdirlərmi? Əlbəttə yox. Üzv ölkələrin bəziləri arasında ciddi fikir ayrılıqları, ziddiyyətlər mövcuddur. Əslində aralarında siyasi birlik yoxdur. İqtisadi xətt mövcud olsa da, bu məsələdə də üzv ölkələr arasında rəqabət var. Amma öz-özlüyündə ŞƏT işlək bir modeldir və təcrübəsi var. Rusiya, Türkiyə, Çin və İran  kimi ölkələr dünyanın çoxqütblü olması ideyasını dəstəkləyirlər. Azərbaycan bu məsələdə kənardadır. Bizə daha çox ədalətli, sabit dünya nizamı lazımdır”.   

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR