• Bakı 23° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Netanyahu Qəzzaya GETDİ

DÜNYA

02 Sentyabr 2026 | 19:03

Netanyahu Qəzzaya GETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökumət rəhbərinin dəftərxanası məlumat yayıb.

Səfər çərçivəsində Netanyahu İsrail hərbçiləri, habelə Ordunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ilə görüşüb.

Baş nazir Qəzzadakı vəziyyətlə bağlı diqqətçəkən bəyanat da verib:

“Biz sektorun 60%-nə nəzarət edirik və bu rəqəm daha da artacaq. Çünki biz bizə təhdid yaradan terrorçuları hər gün məhv edirik. Bir gün əvvəl İsrail qoşunları HƏMAS-ın daxili təhlükəsizlik rəhbərini ələ keçirib. Bu həbsin orduya yeni və vacib məlumatlar əldə etməyə imkan verəcəyinə ümid edirəm. Qoşunlarımız da HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası üçün mümkün olan hər şeyi etməkdə davam edir”.

Xatırladaq ki, bir qədər əvvəl İsrailin 200-dən çox keçmiş yüksəkçinli məmuru, hərbçisi və müxtəlif sahə nümayəndələri Baş nazir Benyamin Netanyahuya “misli görünməmiş” çağırışla müraciət ünvanlamışdılar. Onlar hökumət rəhbərini “yəhudi terrorizmi”ni və “etnik təmizləmələri” dayandırmağa çağırmışdılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR