• Bakı 25° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

"D" vitamini az olanda bədəndə NƏ BAŞ VERİR?

CƏMİYYƏT

02 Sentyabr 2026 | 15:13

"D" vitamini az olanda bədəndə NƏ BAŞ VERİR?

“D" vitamini həm sümüklərin möhkəmlənməsində, həm də immunitetin qorunmasında mühüm rol oynayır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, "D" vitamininin sintezində günəş şüaları mühüm rol oynayır. Onun sözlərinə görə, "D" vitamini orqanizmdə təkcə vitamin kimi deyil, hormonabənzər təsirə malik maddə kimi də fəaliyyət göstərir.

G.İsmayılova qeyd edib ki, "D" vitamininin təsiri ilə bağırsaqlardan kalsium və fosforun sorulması təmin olunur. Bu minerallar isə sümüklərin möhkəmliyi üçün vacibdir. Onların çatışmazlığı böyüklərdə osteoporoz, uşaqlarda isə dişlərin zədələnməsi və kariyes kimi problemlərə səbəb ola bilər.

Terapevt həmçinin "D" vitamininin serotonin sintezində və immun sisteminin fəaliyyətində rol oynadığını vurğulayıb. O bildirib ki, vitaminin çatışmazlığı zamanı insanlarda depressiv əhval, yuxululuq və halsızlıq müşahidə oluna bilər.

Mütəxəssis immun sisteminin bəzi hüceyrələrinin, o cümlədən makrofaqlar və T-limfositlərin aktivliyində də "D" vitamininin əhəmiyyətli olduğunu qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR