• Bakı 26° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

724 minlik körpü açılışda çökdü - Video

SİYASƏT

02 Sentyabr 2026 | 08:26

724 minlik körpü açılışda çökdü - Video

İndoneziyada təxminən 724 min dollara (təxminən 1,2 milyon manat) tikilən asma körpü açılış mərasimi zamanı gözlənilmədən çöküb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qərbi Yava əyalətinin Panqandaran bölgəsində yerləşən Marqaçinta kəndində baş verib.

Təxminən 60 metr uzunluğunda olan Ponqpet asma körpüsünün açılış mərasimi zamanı regional rəsmilər, hərbçilər və yerli sakinlər də daxil olmaqla 50-dən çox insan eyni vaxtda körpünün üzərinə çıxıb.

İzdiham körpüdən keçərkən dayaq kabellərindən biri əsas birləşmə nöqtəsindən ayrılıb. Bundan sonra konstruksiya bir tərəfə doğru əyilməyə başlayıb.

Yaranan panika zamanı bəzi insanlar körpüdən yıxılıb və yüngül xəsarətlər alıblar. Hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

Hadisədən sonra təhlükəsizlik məqsədilə körpünün istifadəsi dayandırılıb. Texniki yoxlama və təmir işlərinə başlanılıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026