• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

General Əfqan Nağıyev 60-a çatdı

SİYASƏT

01 Oktyabr 2026 | 17:42 | Müəllif: Əli Hüseynov

General Əfqan Nağıyev 60-a çatdı

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin beynəlxalq əlaqələr üzrə müavini general-leytenant Əfqan Nağıyevin yubileyidir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün onun 60 yaşı tamam olur.

Azərbaycanın tanınmış və təcrübəli zabitlərindən olan general uzun illərdir dövlət sərhədlərinin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır.

General Nağıyev, xüsusilə 44 günlük Vətən müharibəsində fəal iştirak edib. “Harop” pilotsuz uçuş aparatlarının (PUA) uğurlu tətbiqində mühüm rol oynayıb, hərbi əməliyyatlar dövründə göstərdiyi şücaətə və peşəkarlığa görə yüksək qiymətləndirilib.

Ə.Nağıyev müharibədən sonra dövlət başçısı tərəfindən dəfələrlə mükafatlandırılıb. O, “Qarabağ”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” ordenləri və bir neçə rayonumuzun düşməndən azad olunması medalları ilə təltif edilib.

General hazırda da xidmətini davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026