• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Moskvada 5-ci sinif şagirdi müəllimə bıçaqla hücum etdi

DÜNYA

02 Sentyabr 2026 | 13:44

Moskvada 5-ci sinif şagirdi müəllimə bıçaqla hücum etdi

Moskvada 5-ci sinif şagirdi müəllimə bıçaqla hücum edib.

Bakıvaxtı.az “Vedomosti”yə istinadən xəbər verir ki, hadisə Ryabinkin adına 1392 nömrəli məktəbdə qeydə alınıb. 

Şagird dərhal məktəbin mühafizə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Kiçik xəsarətlər almış müəllimə tibbi yardım göstərilib. Onun həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir. 

Məlumata görə, bu, Rusiyada yeni tədris ilinin başlamasından sonra (Rusiyada tədris ili sentyabrın 1-i başlayır - red.) məktəblərdə qeydə alınan üçüncü bıçaqlanma hadisəsidir. Digər iki hadisə Başqırdıstanda və Krasnoyarsk diyarında qeydə alınıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026