• Bakı 26° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

İran ABŞ-nin hərbi bazalarını vurdu 

DÜNYA

02 Sentyabr 2026 | 09:52

İran ABŞ-nin hərbi bazalarını vurdu

İran Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İran ordusunun onlarla PUA-sı BƏƏ-də yerləşən Əd-Dəfra və Əl-Minhad hərbi bazalarında ABŞ qoşunlarının radar sistemlərini və yerləşdirmə məntəqələrini hədəfə alıb.

“Bəhreyndəki Şeyx İsa bazasında yerləşən radar qurğuları və ABŞ ordusunun qüvvələrinin toplanma mərkəzi də kütləvi PUA hücumlarına məruz qalıb”, – deyə “Tasnim” agentliyinin yaydığı məlumatda bildirilib.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026