• Bakı 26° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Kiyevdə partlayışlar DAVAM EDİR - Yaralananlar var

DÜNYA

02 Sentyabr 2026 | 09:11

Kiyevdə partlayışlar DAVAM EDİR - Yaralananlar var

Sentyabrın 2-də səhər saatlarında Kiyevdə reaktiv pilotsuz uçuş aparatlarının hücumu fonunda partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Hərbi Hava Qüvvələri və Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

    Məlumata görə, Ukrayna Hərbi Hava Qüvvələri Kiyev və Kiyev vilayəti istiqamətində bir neçə reaktiv PUA-nın hərəkət etdiyini qeydə alıb.

    PUA-lardan birinin Çerkassı vilayətindən Kiyev vilayətinə, digərinin şimaldan Hostomel və Buça istiqamətinə, üçüncünün Kiyevə, daha birinin isə Obuxov istiqamətinə uçduğu bildirilib.

    PUA təhlükəsi ilə əlaqədar Kiyevdə hava həyəcanı elan edilib və sakinlərə sığınacaqlara getmək çağırışı edilib. Bir müddət sonra paytaxtda partlayış səsi eşidilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Sentyabr 2026