• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Səudiyyə Ərəbistanını müdafiə üçün ordularını yerləşdirmək istəyirlər

DÜNYA

19 Oktyabr 2026 | 22:18 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanını müdafiə üçün ordularını yerləşdirmək istəyirlər

Misir Səudiyyə Ərəbistanını husilərə qarşı müdafiə etmək üçün öz hərbi qüvvələrini yerləşdirməyə hazırdır.

Bakıvaxtı.az  xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Ər-Riyadın belə bir yardım istəyi olacağı təqdirdə silahlı qüvvələrdən istifadə etmək üçün parlamentdən icazə istəyib.

Misirin Milli Müdafiə Şurası krallığa hərtərəfli dəstək göstərilməsini təsdiqləyib. Qahirə Səudiyyə Ərəbistanının təhlükəsizliyini Misirin və ərəb dünyasının milli təhlükəsizliyi ilə əlaqələndirib, eyni zamanda regional gərginliyin azaldılması üçün diplomatik səylərə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026