• Bakı 25° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Oğlunu axtaran atanın FƏRYADI: “Cəsədinə belə razıyam" 

DÜNYA

02 Sentyabr 2026 | 11:46

Oğlunu axtaran atanın FƏRYADI: “Cəsədinə belə razıyam"

Nepalda dağıdıcı daşqınlar zamanı itkin düşən 19 yaşlı oğlunu axtaran ata ölkənin fəlakət bölgələrini dolaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Jazeera" yazıb. 

Saptari rayonundan olan 50 yaşlarında Sada avqustun 26-da daşqınlar zamanı itkin düşən oğlu Vinodu tapmaq üçün yola çıxıb. 19 yaşlı Vinod hadisədən təxminən bir ay əvvəl Rasuva rayonuna su elektrik stansiyasında fəhlə işləməyə gedib. Onunla birlikdə işləyən daha dörd gəncdən də xəbər yoxdur.

Sada əvvəlcə Katmanduya gedərək xəstəxana və morqlarda oğlunu axtarıb. Nəticə əldə etmədikdən sonra Vinodun işlədiyi əraziyə doğru hərəkət edib.

Ata axtarış üçün borc götürdüyü 2 min Nepal rupisindən (təxminən 14 dollar) az pulla səfər etdiyini bildirib. Onun sözlərinə görə, yolda bir gecəlik qalmaq üçün 1500 rupi (təxminən 10 dollar) ödəyib.

Sada aidiyyəti qurumlardan kifayət qədər kömək görmədiyini iddia edir.

“Cəsəd olsa belə, onu görmək hüququmuz var. Adlarımızı polis bölmələrinə və hərbi düşərgələrə vermişik. Amma heç kim bizə kömək etmir”, – deyə o bildirib.

Oğlunun sağ olduğuna ümid edən ata onunla əlaqə saxlaya bilmədiklərini də vurğulayıb:

“Əgər Vinod sağ olsaydı, haradansa zəng edərdi”.   

Buna baxmayaraq, Sada və qardaşı axtarışları davam etdirir. Onlar Vinodun işlədiyi su elektrik stansiyasına getmək üçün yola düşüblər.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Sentyabr 2026