• Bakı 23° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Milimiz Türkiyəyə uduzdu

İDMAN

01 Sentyabr 2026 | 22:50

Milimiz Türkiyəyə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22). 

Qeyd edək ki, Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR