• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına müraciət etdi

DÜNYA

01 Sentyabr 2026 | 23:01 | Müəllif: Subhan Mahmudov

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə İdarəsi (“TravelGov”) Yaxın Şərqlə bağlı xəbərdarlıq yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun “X” sosial şəbəkə hesabında məlumat yerləşdirilib.

Müraciətdə regiondakı mövcud gərginlik səbəbindən təhlükəsizlik mühitinin mürəkkəb qaldığı və gözlənilməz gərginləşmə potensialının yüksək olduğu bildirilib.

Bəyanatda ABŞ vətəndaşlarına diqqətli olmaq tövsiyə edilib:

“Hazırda Yaxın Şərqdə olan amerikalı vətəndaşlar yüksək ehtiyatlılıq nümayiş etdirməli, uçuşların ləğvi, hava məkanının bağlanması və səyahət axsamaları ehtimalını nəzərə almalıdırlar. Regiona gələn və oradan gedən ABŞ vətəndaşları hava limanları və aviaşirkətlərin fəaliyyəti haqqında məlumatları diqqətlə izləməlidirlər”.

Diplomatik idarə, həmçinin İran və onu dəstəkləyən qrupların bütün dünya üzrə ABŞ obyektlərini, biznes qurumlarını və amerikalılarla bağlı məkanları hədəf ala biləcəyi barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026