Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Paşinyan, həmçinin, Ermənistanın müvafiq qanunu qəbul etdikdən sonra Aİ-yə üzvlüklə bağlı referendum keçirmək ideyasından imtina etdiyini açıqlayıb.
"Biz Rusiya Federasiyası ilə münasibətlərimizi daha da dərinləşdirməkdə maraqlıyıq", - deyə Ermənistan hökumətinin rəhbəri Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.




