• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Hörmüzdə üç gəmi vuruldu

DÜNYA

01 Oktyabr 2026 | 18:43 | Müəllif: Subhan Mahmudov

Hörmüzdə üç gəmi vuruldu

Hörmüz boğazından keçən Liberiya bayrağı altında üzən üç neft tankeri naməlum mərmilərlə vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Söhbət “Al Ruwais”, “Mersin Prosperity” və “Sinbad” tankerlərindən gedir. Gəmilər boğazdan keçərkən aşkarlanmaqdan yayınmaq üçün AIS transponderlərini söndürüb.

Hücumların kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb. Hadisə nəticəsində tələfat və ya tankerlərə dəyən ziyanın miqyası barədə də məlumat verilməyib.

“Kpler” analitik şirkətinin məlumatına görə, “Al Ruwais” tankeri sentyabrın sonlarında Omanın Sohar şəhəri yaxınlığında başqa bir gəmiyə dizel yanacağı daşıyıb. “Mersin Prosperity” supertankeri isə sentyabrın ortalarında həmin ərazidə başqa bir gəmiyə iki milyon barel İraqın Bəsrə xam neftini ötürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR