• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

O da milli karyerasını başa vurdu

İDMAN

01 Sentyabr 2026 | 22:22

O da milli karyerasını başa vurdu

Madrid “Real”ının müdafiəçisi Antonio Rüdiger 33 yaşında Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Bir müddət düşündükdən sonra milli komandadakı karyeramı başa vurmaq və gənc nəslə yol açmaq vaxtının gəldiyinə qərar verdim. 2014-cü ildə ilk dəfə Almaniya millisinin formasını geyinəndə ən çılğın arzularımda belə 86 beynəlxalq oyuna çıxacağımı təsəvvür edə bilməzdim.

Son turnirlərdə əsas titulu qazana bilməsək və bir neçə ağrılı məğlubiyyət yaşasaq da, bu dövr mənim üçün inanılmaz dərəcədə xüsusi oldu və həyatımın ayrılmaz hissəsinə çevriləcək.

Mənim üçün yeni bir fəsil başlayır və bundan sonra bütün diqqətimi klubuma yönəldəcəyəm. Birlikdə keçdiyimiz yol üçün təşəkkür edirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR