• Bakı 24° C

    2.18 m/s

Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ billmədi - YENİLƏNİB

İDMAN

01 Oktyabr 2026 | 22:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ billmədi - YENİLƏNİB

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.

Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.

 

21:07

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında qolsuz bərabərlik davam edir - 0:0.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudu

 

20:50

UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.

Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.

 

20:00

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan və Lixtenşteyn yığmaları arasında keçirilən oyun başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç saat 20:00-da start götürüb.

Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026