• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

A Seriyasının ən yaxşısı seçildi

İDMAN

01 Oktyabr 2026 | 18:19 | Müəllif: Subhan Mahmudov

A Seriyasının ən yaxşısı seçildi

İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu ada “Roma”nın hücumçusu Doniyell Malen layiq görülüb.

Niderlandlı futbolçu çempionatın ilk 5 turunda 6 qol vurub. O, “Fiorentina” ilə matçda het-trik edib, “Leççe”yə qarşı görüşdə dublla fərqlənib, “Torino”nun qapısına isə 1 qol vurub.

Qeyd edək ki, “Roma” 5 turdan sonra 13 xalla “İnter” və “Latsio” ilə birlikdə A Seriyasının turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi çempionatdakı növbəti oyununu oktyabrın 11-də səfərdə “Komo”ya qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026