• Bakı 23° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Mehriban Əliyevanın Bişkekdə sərgi ziyarətindən - VİDEO

CƏMİYYƏT

01 Sentyabr 2026 | 19:06

Mehriban Əliyevanın Bişkekdə sərgi ziyarətindən - VİDEO

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Bakıvaxtı.az xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşıladı.

“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR