• Bakı 23° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.9703

    RUB - 1.9764

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri QINADI

ŞOU

01 Sentyabr 2026 | 20:00

Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri QINADI

"Kədərlidir ki, gənc nəslin musiqi zövqü yaxşı formalaşmayıb. Bizim evdə həmişə musiqiyə xüsusi, həssas yanaşıblar. Evdə çox koloritli musiqilər dinlənilirdi. Bu, həm xarici, həm türk, həm də müxtəlif başqa musiqilər ola bilərdi. Amma elə bir şey yox idi ki, musiqini qoşsunlar, ev titrəsin və bundan zövq alsınlar. Əlbəttə, biz öz musiqimizi, sənətçilərimizin yaratdıqlarını sevirik. Təbii ki, indi biz də özümüz üçün hansısa mahnını qoşub rəqs edə, əylənə və bundan zövq ala bilərik. Amma mənə elə gəlir ki, bunu həddindən artıq ictimai şəkildə etmək bir qədər artıqdır".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi "1news.az"a müsahibəsində deyib. İfaçı son günlər Bakının mərkəzində dondurmaçının önündə rəqs edərək yayılan görüntüləri tənqid edib:

"Məni bilirsiniz, nə dəli edir? Bu yaxınlarda şəhərdə dondurmaçının qarşısında çəkilən videoları gördüm. İnsanlar ora gedir, rəqs edir, sonra da məşhurlaşırlar. Ortaya hansısa "blogerlər", "müğənnilər" çıxır. Adamın soruşmağı gəlir: "Sən kimsən?"

Bütün bunlar onlara diqqət qazandırır. Hətta onlara qarşı yazılan mənfi rəylər, tənqidlər belə artıq piardır. Amma ən sadəsi, belə şeylərə məhəl qoymamaq, yanından keçib getməkdir. Qoy insanlar buna baxmasınlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR