Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Arzu Əliyeva yeni fəaliyyətə başlayıb.
Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, xanəndə Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində pedaqoji fəaliyyət göstərəcək.
Arzu Əliyeva kollecin Xanəndəlik ixtisası üzrə tələbələrə dərs deyəcək.
















