• Bakı 14° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

O da xərçəngin qurbanı oldu

ŞOU

29 Oktyabr 2026 | 09:49 | Müəllif: Əli Hüseynov

O da xərçəngin qurbanı oldu

Hollivudun tanınmış simalarından olan amerikalı aktrisa Barbara Barri vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, aktrisa oktyabrın 28-də Nyu-Yorkun Manhetten bölgəsindəki evində 95 yaşında dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

Qeyd edək ki, Barbara uzun illər teatr, kino və televiziya sahəsində fəaliyyət göstərib. O, 1979-cu ildə ekrana çıxan “Breaking Away” filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. Aktrisa, həmçinin “Barney Miller” və “Suddenly Susan” seriallarındakı obrazları ilə tanınıb. 

Barbara 1964-cü ildə aktyor və prodüser Cey Harniklə ailə qurub. 2007-ci ildə həyat yoldaşını itirən aktrisanın iki övladı və üç nəvəsi var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR