• Bakı 15° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş

ŞOU

01 Oktyabr 2026 | 17:13 | Müəllif: Əli Hüseynov

Emrahın oğlu zaqatalalı qızla evlənibmiş

Türkiyəli müğənni Emrahın oğlu Tayfun Erdoğan Azərbaycana gəlib.

Bakıvaxtı.az xəbər verir ki, o, Zaqatala rayonundan video paylaşıb. 

Azərbaycana həyat yoldaşı Eda İrapla gələn T.Erdoğan buranın təbiətinin gözəlliyindən danışıb.

"Zaqatala, çox gözəlsən. Hər bir yerində ayrı bir iz var, hamısı ilk günki kimi o qədər gözəl görünür ki... Dedim, Doğuş qardaşım gəlir, biz gəlməsək, olmaz".

Qeyd edək ki, Tayfun Erdoğan 2023-cü ildə Eda İrapla ailə həyatı qurub.

Sosial mediada iddia olunur ki, onun həyat yoldaşının əsl adı Elnarədir və əslən Zaqatala rayonundandır.

Məlumatlara görə, Ehrahın oğlu Zaqatalanın Əliabad kəndindən Elnarə adlı xanımla ailə həyatı qurub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026